AZ

Yunanıstanda meşə yanğınları: Çoxsaylı kəndlər boşaldılıb

Yunanıstanın Korinf şəhəri yaxınlığında meşə yanğını baş verib.

Editor.az xəbər Yunanıstan Yanğından Mühafizə Xidmətinin məlumatına istinadla xəbər verir ki, Korinf yaxınlığındakı dağlıq ərazidə şam meşələrində baş verən yanğına 180-dən çox yanğınsöndürən, 15 yanğınsöndürən təyyarə və 12 helikopter müdaxilə edir. Hələlik ərazidə itkilər barədə məlumat verilmir.

Ölkəyə təsir edən isti dalğasının bir çox bölgədə temperaturun 40 dərəcə Selsiyə yüksəldiyi bildirilir.

Həmin gün Afina yaxınlığında başqa bir yanğına cavab verən yanğınsöndürmə vertolyotunun su götürərkən dənizə düşdüyü bildirilir. Üç nəfərlik ekipaj xilas edilərək xəstəxanaya çatdırılıb.

//Gülnarə Abasova, Editor.az

phrase_var_article.chosen
12
editor.az

1phrase_var_article.sources