“Real”ın hücumçusu Kilian Mbappe 2025/26 mövsümündə 10 nömrəli formanı geyinəcək.
Publika.az xəbər verir ki, bu barədə İspaniyanın “Radio Marca” nəşri məlumat yayıb.
Fransalı ulduz ötən mövsüm 9 nömrə ilə çıxış edirdi. Fransa millisində isə Mbappe məhz 10 nömrəli forma ilə tanınır. İndi isə Luka Modriçin komandadan ayrılmasından sonra bu nömrə ona verilib.
Xatırladaq ki, Modriç bu yay azad agent kimi “Real”dan ayrılıb və karyerasını “Milan”da davam etdirir. Klubun təşəbbüsü ilə Mbappe 10 nömrəni alıb. Madrid təmsilçisi hesab edir ki, bu dəyişiklik forma satışlarını artıracaq və yeni kommersiya rekordlarının qırılmasına kömək edəcək.
10 nömrəli formaya başqa bir namizəd isə Arda Gülər idi. Hətta Luka Modriç klubla vidalaşarkən formasını ona hədiyyə etmişdi.