Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Zirə” bu gün II təsnifat mərhələsində ilk oyununa çıxacaq.
Msport.az xəbər verir ki, komanda Xorvatiyanın “Hayduk” kollektivini qəbul edəcək.
“Neftçi Arena”da keçiriləcək görüş saat 19:30-da başlayacaq. Yunanıstandan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
23 iyul
19:30. “Zirə” (Azərbaycan) – “Hayduk” (Split, Xorvatiya)
Hakimlər: Xristos Vergetis, Andreas Fotopulos, Konstantinos Staikos, Anastasios Papapetru (hamısı Yunanıstandan)
Bakı, “Neftçi Arena”