I Liqada mübarizə aparan “Baku Sporting” futbolçusu Elşən Abdullayevlə müqaviləni uzadıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi ilə anlaşmanın müddəti 2026-cı ilin yayına kimidir.
Elşən 2025-ci ilin martından “Baku Sporting”də çıxış edir.
O, daha əvvəl “Neftçi”, “Qarabağ”, “Zirə”, “Səbail”, “Sumqayıt”, “İrəvan”, “İmişli”, MOİK kimi klublarda forma geyinib.