AZ

Türkiyədə iyulda baş verən 61 meşə yanğını ilə bağlı 4 nəfər həbs edilib

Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyədə iyul ayında baş verən 61 meşə yanğını ilə bağlı 4 nəfər həbs edilib.

APA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazir bildirib ki, 4–22 iyul 2025-ci il tarixləri arasında ölkədə 61 meşə yanğını qeydə alınıb. Hadisələrlə bağlı, ümumilikdə, 23 nəfər saxlanılıb. Onlardan 4-ü barəsində həbs qətimkan tədbiri seçilib, 19 nəfər isə məhkəmə nəzarətində saxlanılıb.

Qeyd edək ki, ötən ay ərzində Türkiyənin müxtəlif bölgələrində meşə yanğınları vüsət alıb. Hazırda bəzi yerlərdə yeni yanğın ocaqları yaranıb, aidiyyəti qurumlar yanğınlarla mübarizə aparır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
2
apa.az

3Mənbələr