ain.az, sport24.az portalına istinadən məlumat verir.
"Real"ın rəhbərliyi fransalı hücumçu Kilian Mbappenin formasının nömrəsini dəyişməyə qərar verib. Sport24.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Mbappe yeni mövsümdə bu yay "Milan"ına keçən Luka Modriçə məxsus "10 nömrə" altında çıxış edəcək. Kilian bundan əvvəl "Real"da belində "9", Fransa millisində isə "10" rəqəmi ilə çıxış edib.
Qeyd edək ki, Mbappe "Real"da debüt mövsümündə bütün turnirlərdə 59 oyun keçirib, 45 qol vurub və 5 məhsuldar ötürmə edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.