Qadın futbolçulardan ibarət milli komandaların Avropa çempionatında ilk finalçı məlum olub.
Futbolpress.az xəbər verir ki, yarımfinalın birinci matçında İngiltərə və İtaliya yığması üz-üzə gəlib. Əsas vaxtı 1:1 hesabıyla başa çatan görüşdə qalib əlavə vaxtda məlum olub. Oyunun sonuncu – 120-ci dəqiqəsində fərqlənən İngiltərə millisi adını finala yazdırıb.
Yarımfinalın digər görüşü bu gün baş tutacaq. Almaniya ilə İspaniya yığmaları qarşılaşacaq. Matça saat 23:00-da start veriləcək.
Turnirin finalı iyulun 27-də olacaq.