AZ

Cənubi Amerikanın ikinci ölkəsində Colgate diş məcununun satışı qadağan edildi

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Argentinada "Colgate Total Clean Mint" diş məcununun satışı qadağan edilib.

Oxu.Az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu barədə Argentinanın milli dərman vasitələri, qida məhsulları və tibbi texnologiyaların keyfiyyətinə nəzarət idarəsi (ANMAT) məlumat yayıb.

Qurum qadağanı "Colgate"dən istifadə etdikdən sonra ağızın qıcıqlanması ilə bağlı istehlakçıların artan şikayətləri ilə izah edib.

Məlumatda, həmçinin qeyd olunur ki, Braziliyada hələ may ayında "Colgate Total Clean Mint" diş məcununun satışına qadağa qoyulub.

İstehlakçılar diş məcunundan istifadə etdikdən sonra ağız boşluğu toxumalarının qıcıqlanması və iltihabı, yanma, diş ətində şişkinliyin və ağrının yaranması barədə məlumatlar alıblar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
139
3
oxu.az

4Mənbələr