AZ

Məşhur futbolçunun “ən sevdiyi qolu” bu qiymətə SATILDI

Lionel Messi-nin 2009-cu ildə Manchester United-ə vurduğu və “ən sevdiyi qol” adlandırdığı baş zərbəsi, rəssam Refik Anadol-un “A Goal in Life” layihəsi çərçivəsində rəqəmsal sənət əsərinə çevrildi və Christie's hərracında 1 milyon 865 min dollara satıldı.

News24.az xəbər verir ki, tamamilə süni intellektlə hazırlanan, Messi-nin o anki nəfəsi, ürək ritmi kimi biometriya dataları əsasında yaradılan 8 dəqiqəlik, 16K immersiv video əsəri, Nyu-Yorkda 12–22 iyul tarixlərində nümayiş etdirilib və 3500-dən çox ziyarətçi cəlb edib.

Əldə olunan vəsait UNICEF-lə əməkdaşlıq çərçivəsində Inter Miami CF Fondu vasitəsilə Latın Amerikası və Karib hövzəsindəki təhsil layihələrinə yönləndiriləcək.

Xeyrənsə Piriyeva

Seçilən
79
1
news24.az

2Mənbələr