AZ

Şabranda avtomobilin darvazaya çırpılması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb

Şabranda avtomobilin yaşayış evinin darvazasına çırpılması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

APA xəbər verir ki, Şabran şəhər sakini, 2001-ci il təvəllüdlü Ramazan Süleymanovun idarə etdiyi “Daewoo Gentra” markalı avtomobil Şabran şəhəri Heydər Əliyev prospektində yerləşən yaşayış evinin darvazasına çırpılıb.

Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər, 2005-ci il təvəllüdlü Kamal Əhmədov və 2001-ci il təvəllüdlü Ümid Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Şabran RPŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

phrase_var_article.chosen
22
7
apa.az

8phrase_var_article.sources