AZ

Hərbçinin atasına qarşı dələduzluq edən şəxsə elektron qolbaq taxıldı

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Qismət Balayevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 7 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

İttihama görə, Qismət Balayev zərərçəkmiş Maqsud Yusifovun (adı, soyadı şərtidir) oğlunu həqiqi hərbi xidmətdən xəstəliklə bağlı vaxtından əvvəl tərxis etdirəcəyini yalandan vəd edib aldadıb. O, zərərçəkmiş şəxsdən 2024-cü ilin aprel ayının ortalarından 05 iyun 2024-cü il tarixlərində müxtəlif vaxtlarda ümumilikdə 4 800 manat pulu dələduzluq yolu ilə alıb.

Hadisədən sonra Qismət Balayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. (Pravda.az)


Bizim.Media

Seçilən
101
bizim.media

1Mənbələr