Hacıqabul Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Bəhlul Babayevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Orxan Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, hadisə 17 iyun 2025-ci il tarixdə, saat 17 radələrində Hacıqabul rayonu ərazisində qeydə alınıb.
Belə ki, Bəhlul Babayev yaşadığı evdə bacısı, zərərçəkmiş Günaya Babayeva (adı, soyadı şərtidir) ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Bu zaman o, qəsdən əlində olan dəmir parçası ilə bacısını vuraraq, ona xəsarətlər yetirərək yetirib.
Hadisədən sonra Bəhlul Babayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Məhkəmədə Günaya Babayeva ifadəsində təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş şikayətin tam ödənildiyini və heç bir şikayət, tələbinin olmadığını bildirib
Kamal Məmmədov