AZ

Ağdam və Ağdərədə yanğın olan ərazidə sursatlara rast gəlinir VİDEO

ain.az, Apa.az saytına istinadən bildirir.

Ağdam və Ağdərə rayonlarının ərazisində gecədən başlayan yanğın davam edir.

APA-nın Qarabağ bürosu hadisə yerindən xəbər verir ki, yanğın olan ərazilərdə partlamamış sursatlara rast gəlinir.

Ərazinin mina və partlamamış sursatlarla çirklənməsi yanğının söndürülməsi işlərini çətinləşdirir, həmçinin, yanğınsöndürənlər təhlükə riski ilə üzləşir.

Qeyd edək ki, dünən axşam saatlarında Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın başlayıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğının söndürülməsi işləri gecə boyu davam edib.

Hazırda alovun qarşısının alınması istiqamətində əməliyyat davam edir.

https://t.me/apa_az/101239

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
2
apa.az

3Mənbələr