AZ

Kişi qapını ona gec açan arvadını döydü - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Taleh Nəbiyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, cinayət işi üzrə məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.

 

İttihama görə, hadisə 17 iyun 2025-ci il tarixdə saat 10 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, Taleh Nəbiyev yaşadığı evə gələrkən həyat yoldaşı, zərərçəkmiş Ülkər Nəbiyeva (adı, soyadı şərtidir) iş gördüyü üçün qapını gec açıb. Bu səbəbdən onlar arasında mübahisə yaranıb. Bu zaman o, əl, yumruq zərbələri ilə qadının sifətindən, başından və bədəninin müxtəlif nahiyələrindən vuraraq, ona xəsarətlər yetirib.

 

Hadisədən sonra Taleh Nəbiyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 23 İyul 2025, 08:42   
Seçilən
39
pravda.az

1Mənbələr