AZ

"Guinness Rekordlar" kitabına düşən ən yaşlı "YouTube" oyunçusu - SƏHƏR OXUSU

1930-cu il təvəllüdlü yaponiyalı Hamako Mori, 90 yaşında “ən yaşlı videooyun YouTuber” kimi "Guinness" Dünya Rekorduna sahib çıxaraq texnologiya sahəsində yaşla bağlı bütün stereotipləri alt-üst etdi.

Valyuta.az xəbər verir ki, o, 1981-ci ildən oyun konsollarına maraq göstərsə də, 2014-cü ildən “Gamer Grandma” adı ilə "YouTube" kanalında fəaliyyət göstərməyə başladı.

Bugünə kimi 546 000 abunəçi və 30 milyon baxış toplamış kanalında “Call of Duty”, “GTA V”, “Skyrim”, “Super Mario Bros.” kimi populyar oyunları oynayan Hamako, gənc izləyicilər üçün motivasiya mənbəyinə çevrilib.

YouTube-dan əldə edilən gəlirlər adətən baxış sayına görə dəyişir. Onun kanalına əsasən təxmin edilə bilər ki, platformadan reklam gəliri əldə edib. Lakin bu məbləğlərlə bağlı ictimaiyyətə açıqlanmış rəsmi məlumat yoxdur.

Əsas olan odur ki, Hamako Mori texnologiyada yaşa bağlı sərhədləri aşaraq yeni nəsillərə "yaş sadəcə rəqəmdir" mesajını verir. 

phrase_var_article.chosen
2
valyuta.az

1phrase_var_article.sources