“Yuventus” ötən mövsüm icarə əsasında komandada çıxış edən Françisko Konseysaonun transfer hüquqlarını alıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Turin təmsilçisi hücumçunu “Portu”dan transfer edib.
Konseysao “Yuventus”la 5 illik müqavilə imzalayıb.
Portuqaliyalı cinah hücumçusu ötən mövsümdə 26 oyunda 3 qol vurub, 3 məhsuldar ötürmə edib.