AZ

Çin Aİ-nin sanksiyalarına sərt reaksiya verdi

BAKI, 23 iyul. TELEQRAF

Çinin ticarət naziri Van Ventao Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketinə yerli şirkətlərin daxil edilməsi ilə bağlı qərarından Avropa komissarı Maroş Şefçoviçə ciddi təqdimat edib.

Teleqraf xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyinin saytında məlumat verilib.

İddia olunur ki, V.Ventao və M.Şefçoviç videozəng vasitəsilədanışıblar. Tərəflər Çin və Aİ arasında iqtisadi əməkdaşlıq məsələlərini “açıq və dərindən” müzakirə ediblər.

Açıqlamada bildirilir: “Həmçinin iki Çin maliyyə qurumunun Rusiyaya qarşı sanksiyaların 18-ci paketinə daxil edilməsi ilə bağlı ciddi təqdimat edilib”.

Seçilən
93
teleqraf.com

1Mənbələr