AZ

ABŞ Rusiya neftinə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edə bilər

BAKI, 23 iyul. TELEQRAF

ABŞ-nin Rusiyanın enerji resurslarını alan ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməsi “çox realdır”.

Teleqraf xəbər verir ki, bu barədə Fox News telekanalına ABŞ-nin energetika naziri Kris Raytbildirib.

Raytın fikrincə, bu, Rusiyaya indiyə qədər edilən ən güclü sanksiya təzyiqi ola bilər.

Energetika nazirinin sözlərinə görə, ikinci dərəcəli sanksiyaların tətbiqi hazırda dünyanın ən böyük neft və qaz istehsalçısı olan Birləşmiş Ştatlar üçün mümkündür, çünki BirləşmişŞtatlar əvvəllər görəbilmədikləri işlərə qadirdir.

Seçilən
6
teleqraf.com

1Mənbələr