AZ

ABŞ-nin energetika naziri Rusiya neftinə qarşı ikinci dərəcəli sanksiyaların mümkünlüyü barədə danışıb 

ABŞ-nin energetika naziri Kris Rayt bildirib ki, Rusiyanın enerji resurslarını alan ölkələrə qarşı ABŞ-nin ikinci dərəcəli sanksiyalar tətbiq etməsi çox real ehtimaldır...

Poliqon bu barədə Fox News nəşrinə istinadən xəbər verir. 

Raytın fikrincə, bu, Rusiyaya qarşı indiyə qədər edilən ən güclü sanksiya təzyiqi ola bilər.

Energetika Nazirliyi rəhbərinin sözlərinə görə, ikinci dərəcəli sanksiyaların tətbiqi çox real imkandır, çünki ABŞ dünyanın ən böyük neft və qaz hasilatı kimi əvvəllər edə bilmədiyi işləri görməyə qadirdir.

Bu yaxınlarda ABŞ-nin maliyyə naziri Skott Bessent Avropa ölkələrini Rusiyanın enerji resurslarını alan ölkələrə qarşı ABŞ-ın mümkün tariflərinə qoşulmağa çağırıb.

Poliqon.info 

phrase_var_article.chosen
22
poliqon.info

1phrase_var_article.sources