AZ

KL: Kosovoda qol "yağdı"

UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsi start götürüb.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə 1 görüş keçirilib.

Mərhələnin açılış oyununda Kosovonun “Ballkani” və Maltanın “Floriana” komandaları üz-üzə gəliblər. 6 qolun qeydə görüşdə meydan sahibləri sevinən tərəf olublar.

Qeyd edək ki, Azərbaycanı sözügedən turnirdə təmsil edən komandalardan “Zirə” ilk oyununa sabah çıxacaq. "Qartallar" Xorvatiya “Hayduk”unu qonaq edəcəklər. “Sabah” – “Petrokub” (Moldova) və “Araz-Naxçıvan” – “Aris” (Yunanıstan) matçları isə iyulun 24-də keçiriləcək.

UEFA Konfrans Liqası
2-ci təsnifat mərhələsi
22 iyul

Ballkani (Kosovo) – Floriana (Malta) 4:2

Seçilən
67
fanat.az

1Mənbələr