Təcili tibbi yardıma ehtiyacı olan iki rus hərbçisi Kiyevin nəzarətində olan ərazidən geri qaytarılıb...
Poliqon xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ukrayna iyunun 2-də İstanbulda əldə olunan açıq müddətli tibbi mübadilə razılaşmalarına əsasən, Rusiya Silahlı Qüvvələrinin yaralı əsgərlərini iyulun 22-də Rusiya tərəfinə təhvil verib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbçilər hazırda Belarusdadırlar, onlara lazımi tibbi yardım göstərilir, bundan sonra müalicə olunmaq üçün Rusiya Federasiyasına aparılacaqlar.
Poliqon.info