Ukrayna prezidenti Vladimir Zelenski korrupsiyaya qarşı mübarizə orqanları haqqında qanunun qəbuluna etirazlardan sonra Ukraynada korrupsiyaya qarşı mübarizədə Rusiyanın təsirindən qurtulmağın zəruriliyindən danışıb...
Poliqon xəbər verir ki, siyasətçi öz Telegram kanalında vətəndaşlara müraciət yerləşdirib.
Zelenskinin sözlərinə görə, Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun (SAPO) səlahiyyətlərinin məhdudlaşdırılması onları kənar təsirlərdən təmizləmək üçün lazım idi. Ukraynalı siyasətçinin fikrincə, bu cür təsirə guya bəzi tanınmış korrupsioner məmurların mühacirətdə maneəsiz yaşaması və Rusiya strukturlarının Ukraynada lazımi məlumatlara çox asanlıqla çıxış əldə etməsi dəlalət edir.
"Əlbəttə, NABU və SAP işləyəcək. Və vacibdir ki, Baş Prokuror Ukraynada qanuna zidd hərəkət edənlərin cəzasının qaçılmazlığını təmin etməkdə qərarlı olsun", o vurğulayıb.
Poliqon.info