AZ

Nobel mükafatçısının evi satışa çıxarıldı

BAKI, 23 iyul. TELEQRAF

Amerikalı rok musiqiçisi Bob Dilanın keçmiş evi satışa çıxarılıb.

Teleqraf xəbər verir ki, bu barədə "New York Post" (NYP) yazıB.

Binanın dəyəri 8,25 milyon dollardır.

Manhettenin (ABŞ) Qrinviç-Villiç bölgəsində yerləşənyaşayış binasının sahəsi 445 kvadratmetrdir.

Bu, Dilanın Nyu-Yorkdakı ilk evidir - gələcək Nobel laureatı 1961-ci ildə hələ şöhrət qazanmadığı vaxtılarda bura köçüb və orada cəmi üç il yaşayıb. Tərcümeyi-halında o, ayda 60 dollar mənzil haqqıödədiyini yazıb. Musiqiçi italyan restoranının üstündə iki otaq icarəyə götürüb, onun yataq otağı daha çox anbara bənzəyirmiş və pəncərələri yanğın nərdivanına baxırmış. Rokçu ilk hitlərini burada yazıb. Onun "The Freewheelin" albomunun üz qabığı da evin yaxınlığında çəkilib.

Nobel mükafatı alan B.Dilan daha əvvəl Şotlandiyadakı 16 yataq otağı və 11 vanna otağı olan mülkünü viski mağazasına satıb. Müqavilə 5,3 milyon dollara başa gəlib.

Seçilən
103
teleqraf.com

1Mənbələr