BAKI, 23 iyul. TELEQRAF
ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvləri Vaşinqtondakı Con Kennedi İfaçılıq Sənəti Mərkəzinin bir hissəsinə birinci ledi Melaniya Trampın adının veriməsini təklif ediblər.
Teleqraf xəbər verir ki, məlumatıNBC News yayıb.
Qeyd edək ki, Mərkəz hazırda Con Kennedinin adını daşıyır.
İdeya Aydaho konqresmeni Mayk Simpson tərəfindən irəli sürülüb. Onun sözlərinə görə, Kennedi Mərkəzinin Qəyyumlar Şurasının fəxri sədri olan Melaniya Trampın adının Kennedi Mərkəzinin Opera Teatrına verilməsi birinci xanımın "sənətə olan sevgisinə dəyərin ən gözəl ifadəsi olar".
Nümayəndələr Palatasının M.Simpsonun rəhbərlik etdiyi altkomitəsiüç əsas teatrdan ibarət olan Kennedi Mərkəzinin əsaslı təmiri, istismara verilməsi və oa texnki dəstəyin göstərilməsini maliyyələşdirir.
Öz növbəsində Respublikaçılar Partiyasının Aydaho ştatındakı nümayəndəsi Leksi Hamel bildirib ki, ölkə Prezidenti Donald Tramp respublikaçılardan belə bir təkliflə çıxış etməyi xahiş etməyib.