Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün 2-ci təsnifat mərhələsinin ilk oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Mərhələnin açılış oyununda Maltanın “Floriana” komandası səfərdə “Ballkani” (Kosovo) ilə üz-üzə gəlib. Altı qolluq görüş Kosovo təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, Azərbaycan təmsilçilərindən “Zirə” ilk oyuna sabah çıxacaq. Rəqib isə Xorvatiya “Hayduk”u olacaq. “Sabah” – “Petrokub” (Moldova) və “Araz-Naxçıvan” – “Aris” (Yunanıstan) matçları isə iyulun 24-də keçiriləcək.
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunu
22 iyul
Ballkani (Kosovo) – Floriana (Malta) 4:2