Ukrayna prezidenti Vladimir Zelenski Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunu (SAPO) faktiki olaraq müstəqillikdən məhrum edən qalmaqallı qanunu imzalayıb...
Poliqon xəbər verir ki, bunu Ali Radanın saytında yerləşdirilən normativ akt kartı sübut edir.
Bu gün Radanın deputatı Yaroslav Jeleznyak bildirib ki, Rada müvafiq qanun layihəsini dəstəkləyib. "Parlament faktiki olaraq NABU və SAP-ın bütün müstəqilliyini ləğv etdi", o yazıb.
Qanunun qəbuluna qarşı mitinqlər Ukraynanın bütün şəhərlərini bürüdü. Kiyevdə etirazçılar İvan Franko teatrının yaxınlığında toplaşıblar. Etirazın təşkilatçısı Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi olub. Yürüşdə mer Vitali Kliçko iştirak edib.
Ukrayna Silahlı Qüvvələrinin veteranı Dmitri Kozyatinski vətəndaşları Zelenskinin Kiyevdəki ofisi yaxınlığında etiraz aksiyası keçirməyə çağırıb.
Bundan əvvəl Ali Radanın deputatı Anna Skoroxod bəyan etmişdi ki, NABU-da təşkil edilən genişmiqyaslı axtarışlar Zelenskinin ofisinin rəhbəri Andrey Yermakın təşəbbüsü ilə həyata keçirilib.
Poliqon.info