AZ

Kristian Kostin “Neftçi”də - Rəsmi

Rumıniyanın “Dinamo” (Buxarest) klubunun sağ cinah müdafiəçisi Kristian Kostin bundan sonra “Neftçi”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, rumıniyalı 27 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Bunadək yalnız vətənində çıxış etmiş Kostinin sonuncu klubu “Dinamo” (Buxarest) olub. Bir neçə mövqedə oynamağı bacaran universal futbolçu sözügedən klubun heyətində meydana çıxdığı 70 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Kristian Kostin “Voluntari”, “Scolar Rsita”, “UTA Arad” kimi klubların da formasını geyinib.

Xatırladaq ki, “Neftçi” daha öncə Sessi D’Almeyda, Luis Ortis, Murad Xaçayev, Elvin Bədəlov, İqor Ribeyro, İmad Faraj, Freddi Varqas və Cordan Rezabalanı da heyətinə qatmışdı. Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Robert Bauer, Rafael Quzzo, Həbib İsmayılov, Dembo Darbo, Filip Ozobiç və İsmayıl Zülfüqarlı paytaxt klubuna lazım olmayıblar. Emil Balayevlə isə yeni müqavilə imzalanıb.

Seçilən
32
arena.az

1Mənbələr