AZ

Türkiyənin ilk hipersəsli ballistik raketi TAYFUN BLOK-4 təqdim edilib

Bakı. Trend:

Türkiyənin müdafiə sənayesində mühüm yenilik – TAYFUN BLOK-4adlı ilk hipersəsli ballistik raket rəsmi olaraq təqdim olunub.

Trend xəbər verirki, raket İstanbulda keçirilən "IDEF 2025" – 17-ci BeynəlxalqMüdafiə Sənayesi Sərgisi çərçivəsində nümayiş etdirilib.

Raket ROKETSAN şirkəti tərəfindən hazırlanıb və Türkiyəninindiyədək istehsal etdiyi ən uzun mənzilli raket sistemidir.

TAYFUN BLOK-4 raketinin əsas texniki göstəriciləri:
Uzunluq: 10 metr

Çəki: 7 200 kiloqram

Uçuş məsafəsi: 3 000 kilometr

Tip: Hipersəsli ballistik raket

Raket hava hücumundan müdafiə sistemləri, komanda və idarəetməmərkəzləri, eləcə də digər strateji hərbi obyektləri məhv etməküçün nəzərdə tutulub.

Bu raket sistemi Türkiyənin milli müdafiə qabiliyyətinigücləndirən ən önəmli layihələrdən biri kimi qiymətləndirilir.

Seçilən
87
az.trend.az

1Mənbələr