Onillik "Mançester Siti" karyerasında sonra "Napoli"yə keçən Kevin De Bruynenin yeni klubunda debütü uğursuz olub.

Offsideplus.az xəbər verir ki, belçikalı futbolçu İtaliyanın C Liqasında mübarizə aparan "Areçço" komandası ilə görüşdə məğlubiyyət acısı dadıb.

Hərçənd, fərqlənmək üçün neapolluların xeyli imkanı olub. Hətta epizodların birində De Bruyne yaxın məsafədən "çərçivə"yə düşə bilməyib.

Əvəzində, "Areçço" hər hissədə 1 qol vuraraq gözlənilməz qələbə qazanıb - 2:0.