AZ

"Neftçi" Falaye Sako ilə maraqlanır

Bakı. Trend:

Transfer çalışmalarını sürətləndirən "Neftçi" heyətinigücləndirmək məqsədilə fəal şəkildə yeni futbolçularaxtarışındadır.

Bu barədə Trend-ə"Neftçi"nin mətbuat xidmətində olan mənbə məlumat verib.

"ağ-qaralar"a təklif olunan futbolçuların sayı çox olsa da, başməşqçi Samir Abasov yalnız müəyyən oyunçuların komandayaqoşulmasını istəyir.

Onlardan biri artıq məlumdur – Falaye Sako.

30 yaşlı müdafiəçi hazırda Fransanın "Monpelye" klubununfutbolçusudur və "Neftçi"nin maraq dairəsindədir. Transferin baştutub-tutmayacağı yaxın günlərdə dəqiqləşəcək.

Qeyd edək ki, bir qədər öncə "Neftçi" rumıniyalı sağ cinahmüdafiəçisi Kristian Kostin ilə 1+1 illik müqavilə imzalayıb.Klubun heyətini gücləndirmək istiqamətində işləri davam edir.

Seçilən
40
az.trend.az

1Mənbələr