Alman hakimiyyəti Ukraynaya iki Patriot hava hücumundan müdafiə sistemi tədarük etməyə hazırdır, əgər onların dərhal dəyişdirilməsinə zəmanət verilir.
Editor.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius NTV telekanalına bildirib.
“Biz iki sistem təqdim edə bilərdik, lakin onların 6-8 ay ərzində dəyişdiriləcəyinə dair etibarlı təminat olmasa, bu baş verməyəcək”, – nazir bildirib.
O qeyd edib ki, orduda kifayət qədər sistem yoxdursa, Bundesver Patriotlardan istifadə etmək üçün öz qoşunlarını öyrədə bilməyəcək.
//Gülnarə Abasova, Editor.az