UEFA Konfrans Liqasında II təsnifat mərhələsi start götürüb. 

Offsideplus.az xəbər verir ki, gecənin yeganə oyunu Kosovoda yerli "Balkani" və Maltanın "Floriana" klubları arasında olub.

Maltalılar 2 dəfə hesabda önə çıxsalar da, "Balkani" əzmkarlıq göstərərək sensasiyaya imkan verməyib - 4:2.

Qeyd edək ki, Azərbaycanı bu mərhələdə 3 komanda təmsil edir. "Zirə" bu gün "Hayduk"la (Xorvatiya) qarşılaşacaq.

İyulun 24-də isə “Sabah” – “Petrokub” (Moldova) və “Araz-Naxçıvan” – “Aris” (Yunanıstan) matçları oynanılacaq.

Konfrans Liqası, II təsnifat mərhələsi

22 iyul

22:30 "Balkani" (Kosovo) - "Floriana" (Malta) 4:2