Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialının 2023-2024-cü tədris ili üzrə məzunlarına diplomların verilməsinə başlanılıb.
Far.Az bu barədə "Unikal"a istinadən xəbər verir.
Qeyd edək ki, UNEC-in Dərbənd filialının məzunları ötən ildən bəri diplom ala bilmirdilər.
Rusiya vətəndaşlarına diplomlar təqdim edilsə də, digər məzunlara sənədin verilməsi üçün Elm və Təhsil Nazirliyi tərəfindən blankların universitetə verilməsi gözlənilirdi.