AZ

Türkiyənin ilk hipersəsli ballistik raketi təqdim edildi

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyənin ilk hipersəsli ballistik raketi TAYFUN BLOK-4 təqdim edilib.

Oxu.Az bu barədə "Türkiye" qəzetinə istinadla xəbər verir.

Sözügedən raket İstanbulda keçirilən ""IDEF 2025" 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində nümayiş etdirilib.

Bildirilir ki, TAYFUN BLOK-4 ROKETSAN şirkəti tərəfindən istehsal edilib.

Raketin uzunluğu 10 metr, çəkisi isə 7 200 kiloqramdır. O, Türkiyə müdafiə sənayesinin ən uzunmənzilli (3 min kilometr) sistemidir.

Raket hava hücumundan müdafiə sistemləri, komanda və idarəetmə mərkəzləri və hərbi obyektlər kimi strateji hədəfləri məhv etmək üçün nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
1
oxu.az

2Mənbələr