AZ

Fransa naziri Raşida Dati korrupsiya ittihamı ilə məhkəmə qarşısına çıxarılacaq

Bakı. Trend:

Fransanın mədəniyyət naziri və eyni zamanda Paris meri postunanamizəd olan Raşida Dati korrupsiya və nüfuz alveri ittihamı iləcinayət məhkəməsinə veriləcək.

Trend xəbər verirki, bu barədə AFP agentliyi məlumat yayıb.

Paris məhkəməsinin qərarına əsasən, Dati və "Renault-Nissan"konserninin keçmiş rəhbəri Karlos Qon barəsində cinayət işi açılıb.Onlar korrupsiya və nüfuz alveri maddələri ilə ittihamolunurlar.

Fransa Maliyyə Prokurorluğunun iddiasına görə, Raşida Dati2009–2011-ci illərdə Avropa Parlamentinin üzvü olduğu dövrdə"Renault" şirkətinin maraqlarına uyğun lobbiçilik fəaliyyəti aparıbvə bunun müqabilində 900 min avro məbləğində ödəniş alıb.

59 yaşlı nazir ittihamları qəti şəkildə rədd edib və günahsızolduğunu bildirib.

Fransa hökumətindəki mənbələrin AFP-yə verdiyi məlumata görə,Raşida Dati müttəhim statusunda olsa da, hökumətdəki vəzifəsinidavam etdirəcək.

İş üzrə ilk məhkəmə iclası sentyabrın 29-na təyin edilib.

phrase_var_article.chosen
19
az.trend.az

1phrase_var_article.sources