AZ

"Qarabağ"ın potensial rəqiblərinin oyununda gözlənilməz nəticə

BAKI. 22 iyul. TELEQRAF

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Şimali Makedoniya "Şkendiya"sı ilə Rumıniya FCSB-si arasındakı ilk oyun başa çatıb.

Teleqraf xəbər verir ki, Skopyedəki Todor Proeski adına Milli Arenada təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Yeganə qolu 65-ci dəqiqədə Adamu Alhassan vurub.

Komandalar oyunu 10 futbolçu ilə başa vurmalı olublar. 70-ci dəqiqədə meydan sahiblərindən Kamer Qaka, 79-cu dəqiqədə isə qonaqlardan Florin Tanase qırmızı vərəqə alıb.

Cavab görüşü iyulun 30-da olacaq.

Qeyd edək ki, "Qarabağ" İrlandiya "Şelburn"unu üstələyəcəyi təqdirdə, bu cütün qalibi ilə Çempionlar Liqasının III təsnifat mərhələsində üz-üzə gələcək.

Seçilən
71
1
teleqraf.com

2Mənbələr