ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff Qəzza bölgəsinə gedir.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Temmi Bryus məlumat yayıb.
“Dövlət katibi ilə söhbətim zamanı o qeyd etdi ki, xüsusi elçi Vitkoff hazırda regiona, Qəzza bölgəsinə gedir”, - Bryus aydınlıq gətirib.
Daha əvvəl məlum olub ki, Fələstinin HƏMAS hərəkatı İsraillə atəşkəs və girovların azad edilməsi barədə razılığa gəlib. Müqavilə bir neçə gün ərzində imzalana bilər.