AZ

Niderlandda yağışlar Formula-1 testlərini dayandırdı - FOTO

Niderlandın Zandvort trasında güclü yağışlar səbəbindən Formula-1-in 15-ci mərhələsi ərəfəsində problemlər yaşanıb.

90deqiqe.Az xəbər verir ki, trasda avqustun sonunda “Kral Yarışı” keçiriləcək.

Bazar ertəsi günü ölkədə yağan intensiv yağışlar nəticəsində Zandvort trası qismən zədələnib və sahəyə giriş yolları su altında qalıb. Bu səbəbdən Texnologiya Universitetinin Delft komandasının hidrogen mühərrikli yarış avtomobilini test etmək planlaşdırılan məşqi ləğv olunub.

Məlumata görə, Formula-1 Akademiyasının testləri isə trasın bərpası üçün daha gec vaxta təxirə salınıb. Təşkilatçılar optimal şəraitin yaranmasını gözləyirlər.

Seçilən
53
90deqiqe.az

1Mənbələr