"Neftçi" klubu yeni transferini açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" Kristan Kostini heyətinə cəlb edib. Rumıniyalı müdafiəçi ilə müqavilənin detalları hələ ki açıqlanmayıb. 

Qeyd edək ki, 27 yaşlı futbolçunun son klubu "Dinamo" (Buxarest) olub.