Dani Sebalyos bu yay "Real Madrid"dən ayrılmağı düşünür.

Offsideplus.az xəbər verir ki, "kral klubu" ispaniyalı futbolçu üçün 15-20 milyon avro tələb edir.

Bu barədə "Relevo" portalı məlumat yayıb.

D. Sebalyos 2017-ci ildən "Real Madrid"in üzvüdür. O, Madrid klubunda 191 oyuna çıxıb. 

28 yaşlı futbolçunun İspaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin yayında bitir.