Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) cüdo yarışlarına Azərbaycan milli komandası möhtəşəm start verib.
Apasport.az xəbər verir ki, ilk yarış günündə mübarizəyə qoşulan hər 3 cüdoçumuz çempionluq sevinci yaşayıb.
Gülşən Hüseynova (-44 kq), Rza Xəlilli (-50 kq) və Rəsul Əlizadə (-55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
Beləliklə, aktivində 3 qızıl medal olan yığmamız medalların əyarına görə ümumi komanda hesabında birinci pillədə qərarlaşıb.
EYOF-da iştirak edəcək cüdoçularla görüş keçirilib - FOTO
Qubada cüdo məşqçiliyi ixtisası üzrə xüsusi proqrama start verilib - FOTO
Monqolustandakı “Böyük Dəbilqə” turnirinə qatılacaq Azərbaycan cüdoçuları bəlli olub
Cüdoçularımız təlim-məşq düşərgəsində iştirak edirlər
Ne-vaza üzrə ACF Kuboku keçiriləcək