AZ

FHN-dən Qarabağdakı yanğınla bağlı məlumat - Video

Fövqəladə Hallar Nazirli Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunduğu bildirilir.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

***

22:44

Ağdam və Ağdərədə güclü yanğın baş verib.

Axar.az xəbər verir ki, Ağdam rayon Əlağalı, Qaralar, Qazançı kəndlərində başlayan alov Ağdərə rayon Sırxavənd kəndi ərazilərinə qədər yayılıb.

Yanğın baş verən ərazilərdə mina partlayışı səsləri də eşidilib.

Məlumatda deyilir ki, ərazidə olan kol bitkiləri və quru ot örtüyü alovlanaraq daha da geniş ərazilərə yayılmaqdadır.

Hazırda FHN-in Ağdam rayonundan 2 yanğınsöndürmə briqadası, Xocalı və Ağdərə rayonundan hər birindən 1 maşın və işçi qüvvəsi cəlb olunub.

Ərazinin dağ relyefi olduğu üçün ümumilikdə 50 nəfər şəxsi heyyət xüsusi vasitələrlə yanğının meşə ərazisinə keçməsinin qarşısını almağa çalışır.

Hazırda yanğın davam edir.





Seçilən
34
2
sherg.az

5Mənbələr