AZ

Sterlinq Almaniyanın məşhur klubuna keçə bilər

"Çelsi"nin cinah oyunçusu Rəhim Sterlinq yay transfer pəncərəsində klubu tərk edə bilər.

90deqiqe.Az-ın məlumatına görə, 30 yaşlı futbolçunun xidmətində "Bayer" klubu maraqlıdır.

Leverkuzen təmsilçisi artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

İngilis futbolçu ilə yalnız "Bayer" deyil, bir sıra Avropa klubları maraqlanır.

London klubunun baş məşqçisi Enzo Mareska Sterlinqi komandanın gələcək planlarına daxil etmir. 2023/24 mövsümündə futbolçu icarə əsasında "Arsenal"da çıxış edib, lakin uğursuz performansdan sonra bu yay "Çelsi"yə qayıdıb.

Qeyd edək ki, Leverkuzen təmsilçisini yayda Erik ten Haq çalışdırmağa başlayıb. Klub ötən mövsüm Xabi Alonsonun rəhbərliyi altında Almaniya Bundesliqasında ikinci olub. Ondan əvvəlki mövsümdə isə məğlubiyyətsiz çempionluqla tarix yazmışdı.

Seçilən
126
90deqiqe.az

1Mənbələr