Dünyaşöhrətli rok ifaçısı, “Black Sabbath” qrupunun solisti Ozzi Osborn 76 yaşında vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda sənətçinin ailəsi məlumat yayıb:
“Sevimlimiz Ozzinin bu səhər dünyasını dəyişdiyini kədərlə bildirməliyik”.
Qeyd edək ki, sənətçiyə 2019-cu ildə Parkinson xəstəliyi diaqnozu qoyulmuşdu. Özü iddia edirdi ki, xəstəliyə səbəb həkim məsuliyyətsizliyi olub. Belə ki, o baş-boyun əməliyyatı zamanı sinirlərinin zədələndiyini bildirmişdi.




