AZ

ABŞ UNESCO-dan çıxdığını rəsmən təsdiqlədi

ABŞ Dövlət Departamentinin sözçüsü Təmmi Brüs Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı – UNESCO-dan ABŞ-ın çıxmasını rəsmən təsdiqləyib. Bu barədə o, sosial şəbəkə Xdə paylaşım edib.

Brüs bildirib ki, ABŞ 22 iyul tarixində UNESCO-dan çıxmaq qərarını elan edib. Onun sözlərinə görə, təşkilat özünün əsas missiyasından uzaqlaşıb, bu isə ABŞ rəhbərliyində narahatlıq doğurur. Brüs əlavə edib ki, bu vəziyyət BMT-nin bir çox digər qurumları üçün də keçərlidir.

Qeyd edək ki, ABŞ daha əvvəl də – 2018-ci ildə Tramp administrasiyası dövründə UNESCO-dan çıxmış, lakin Co Baydenin prezidentliyi dövründə yenidən təşkilata qayıtmışdı. Hazırkı çıxışın təşkilatla uzunmüddətli əməkdaşlığa təsir edə biləcəyi bildirilir.

//Samir Qurbanov, Editor.az

phrase_var_article.chosen
15
editor.az

1phrase_var_article.sources