AZ

EYOF: Azərbaycan cüdoçuları 3 qızıl medalla başladı

BAKI. 22 iyul. TELEQRAF

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) cüdo yarışlarına Azərbaycan milli komandası 3 medalla start start verib.

Teleqraf-ın məlumatına görə, ilk yarış günündə mübarizəyə qoşulan hər 3 cüdoçu çempionluq sevinci yaşayıb.

Gülşən Hüseynova (44 kq), Rza Xəlilli (50 kq) və Rəsul Əlizadə (55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

Beləliklə, aktivində 3 qızıl medal olan yığma medalların əyarına görə ümumi komanda hesabında birinci pillədə qərarlaşıb.

Seçilən
97
1
teleqraf.com

2Mənbələr