
İtaliyalı rəssam Mauritsio Katellanın məşhur əsəri “Komediyaçı” — divara yapışdırılmış banan Fransanın şərqində yerləşən “Pompidou-Metz” muzeyində növbəti dəfə yeyilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Hypebeast” məlumat yayıb.
Hadisə ötən həftəsonu “Sonsuz Bazar” sərgisi çərçivəsində baş verib. Məlumata görə, muzeyin mühafizəçiləri dərhal müdaxilə ediblər və bir neçə dəqiqə sonra banan başqa bir bananla əvəz edilib. Əsər indi də nümayiş olunur.
Rəssam isə ona xas olan ironik tərzdə bildirib ki, məyus olub, çünki ziyarətçi nə bananın qabığını, nə də yapışqan lentini yeməyib. Katellanın fikrincə, muzey qonağı “eyvəni sənət əsəri ilə səhv salıb və işi yarımçıq qoyub.
Qeyd edək ki, 2019-cu ildə “Art Basel Miami” sərgisində debütündən sonra “Komediyaçı” sənət dünyasının ən müzakirə olunan və viral işlərindən birinə çevrilib. Həmin vaxt performansçı David Datuna bananı divardan qoparıb, təmizləyib və heyrət içində qalan tamaşaçıların qarşısında yeyib. Buna baxmayaraq, əsər sərgidə əvəzləyici banan və orijinallıq sertifikatı ilə birlikdə 120 min dollara satılıb.