AZ

Gürcüstanın baş naziri Aİ ilə vizasız rejim barədə danışıb

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Viza rejiminin liberallaşdırılmasının dayandırılması Avropa İttifaqının maraqlarına cavab vermir, belə bir qeyri-praqmatik və əks-məhsuldar addım atılması ehtimalı azdır və mövzu özü artıq şantaj vasitəsi kimi tükənib.

525.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Keçən həftə Avropa Komissiyasının Gürcüstanın Xarici İşlər Nazirliyinə göndərdiyi məktuba əsasən, hökumət “Xarici agentlər” və “LGBT” təbliğatı haqqında qanunlarla bağlı müəyyən şərtləri yerinə yetirməsə, vətəndaşlar üçün vizasız rejim dayandırılacaq.

“Hətta praqmatik nöqteyi-nəzərdən viza liberallaşdırılmasının dayandırılması Aİ-nin maraqlarına uyğun gəlmir - nə ölkəmizə, nə də əhalimizə münasibətdə. Ancaq bu gün Aİ rəhbərliyi tamamilə gözlənilməz addımlar atır, ona görə də hadisələrin necə inkişaf edəcəyini bilmirik. Buna baxmayaraq, biz sakitliklə hadisələrin sonrakı gedişatını gözləyirik”, - Kobaxidze bildirib.

Gürcüstan hökumətinin başçısı qeyd edib ki, gürcü xalqını aldatmaq mümkün deyil,  ədalətsizlik baş verərsə, onlar ötən il oktyabrın 26-da olduğu kimi, vətəndaşların “kütləvi şəkildə seçkiyə gəldikləri, dinc kursu dəstəklədikləri və Avropa bürokratiyasının tətbiq etdiyi ikili standartları rədd etdikləri” kimi qətiyyətlə reaksiya verəcəklər.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
525.az

1Mənbələr