AZ

“Milan” onu yenidən icarəyə verdi

İtaliyalı yarımmüdafiəçi Tommasso Pobeqa növbəti mövsümü də “Bolonya”da keçirəcək.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki,  “Milan” 26 yaşlı futbolçunu ardıcıl ikinci dəfə bu kluba bir illik icarəyə göndərib. Müqavilənin maliyyə dəyəri 1 milyon avro səviyyəsində qiymətləndirilir.

Pobeqa ötən mövsümü də “Bolonya”nın heyətində keçirərək komandanın əsas oyunçularından birinə çevrilib. O, “Milan” akademiyasının yetirməsidir, lakin bu, artıq onun “rossoneri” klubundan altıncı icarəsi olacaq.

Futbolçunun “Milan”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Xatırladaq ki, “Bolonya” geridə qalan mövsümdə Vinçenso İtalyanonun rəhbərliyi altında İtaliya Kubokunun qalibi olub. Növbəti mövsümdə komanda UEFA Avropa Liqasında çıxış edəcək. Qeyd edək ki, son mövsümdə “Bolonya” Çempionlar Liqasında da mübarizə aparmışdı.

Seçilən
37
90deqiqe.az

1Mənbələr