AZ

ABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyaları dayandırdı — Trampın ultimatumuna görə gözləmə mövqeyindədirlər

Vaşinqton, 22 iyul — ABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihələrinə baxmayacaq. Bu qərar prezident Donald Trampın Moskvaya verdiyi 50 günlük ultimatumun başa çatmasına qədər qüvvədə qalacaq.

Bu barədə Nümayəndələr Palatasının spikeri Mayk Conson Reuters agentliyinə açıqlama verib.

“Düşünürəm ki, həm Palata, həm də Senat bu məsələdə razıdır. Ağ Ev 50 günlük möhlət verdiyinə görə, biz Ali Baş Komandan, Müdafiə naziri və Pentaqona planlarını həyata keçirmək imkanı verməliyik. Nəticələrə sonra baxacağıq”, – deyə Conson bildirib.

Reuters qeyd edir ki, bəzi konqresmenlər Rusiyaya qarşı daha sərt tədbirlərin görülməsində israrlıdır. Onlar, xüsusilə, Rusiya neftini alan ölkələrdən idxal edilən mallara 500 faiz rüsum tətbiq olunmasını təklif edən qanun layihəsinin qəbulunu istəyirlər. Lakin Trampın Rusiyanın ticarət tərəfdaşlarına qarşı 100 faiz gömrük rüsumları tətbiq etmək hədəsindən sonra bu təşəbbüs müvəqqəti olaraq təxirə salınıb.

Xatırladaq ki, Tramp Rusiyaya qarşı yeni hərbi və iqtisadi tədbirlər planını açıqlamış və bunun üçün 50 günlük müddət tanımışdı.

//Samir Qurbanov, Editor.az

phrase_var_article.chosen
43
1
editor.az

10phrase_var_article.sources